21 iyun 2011 13:58

Gennadi Bliznyuk AZAL-da sirr qoymadı

AZAL-ın sabiq legioneri Gennadi Bliznyuk Belarus mətbuatına müsahibəsində keçmiş komandasının “Minsk”lə Avropa Liqasındakı şanslarından danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Mən artıq başa düşürəm siz məndən nə soruşmaq istəyirsiz. Püşkatmanı izləməmişəm. Amma mənə Azərbaycandan zəng etmişdilər. Odu ki, məlumatım var.
 
- Bəs kim zəng etmişdi? Sirr deyilsə...
- Orda mənim tanışlarım qalıb. Hərdən əlaqə saxlayırıq, münasibətlərimizi qoruyuram.
 
- Həmin şəxslər “Olimpik”də (AZAL-ı nəzərdə tutur – red.) çalışır, yoxsa oynayır?
- Bunlar məşqçilər korpusunun nümayəndələridilər.

- Bəs siz onlara “Minsk” barədə nə dediniz?
- Xüsusi heç nə. Ümumi şeyləri.
 
- Bu dəfə də “Olimpik” haqda danışın. Amma belaruslu azarkeşlər üçün...
- Onu deyə bilərəm ki, komandalar bir-birinə layiqli rəqibdilər. “Olimpik” çox qol buraxmağı sevməyən komandadı. Onlarda hazırda mövsümlərarası fasilə olduğundan ola bilsin ki, oyun təcrübəsi baxımından problemləri olacaq. Mümkündü ki, yoxlama matçları keçirsinlər. Amma bu, oyun təcrübəsini artırmaq baxımından o qədər də effektli olmur. Bizdə isə çempionatın qızğın vaxtıdı. Odu ki, bu baxımdan üstünlüyümüzün olduğunu düşünürəm. Fikrimcə, bu oyunlarda daha çox şey istəkdən, matça köklənmədən və sona kimi mübarizəni davam etdirməkdən asılı olacaq.
 
- Klubun infrastrukturu necədi?
- Yenicə öz stadionları istifadəyə verilib. Hazırda ev oyunlarını öz stadionunda keçirsə də, buna qədər “İnter”in stadionundan yararlanırdı. Bildiyim qədərilə, UEFA-nın təftiş komissiyası onların öz arenasını da yoxlayıb və ev oyunlarını orda keçirməyə icazə verib. Stadionları süni örtüklüdü.
 
- “Minsk”in süni örtükdə oynamaması azərbaycanlılar üçün müsbət cəhət sayıla bilər?
- Örtük kifayət qədər yaxşı keyfiyyətə malikdi. Məncə, komandamız üçün orda oynamaq problem olmamalıdı. Amma istənilən halda bu, “Olimpik” üçün bir üstünlükdü. Amma burda da onlar eyni halla üzləşəcək. Odu ki, komandalar bərabər şərtlər altında oynamış olacaq.

- “Olimpik”də top qovan futbolçular barədə danışardız...
- Əsas heyətin demək olar ki, yarısı legionerlər, qalanı isə yerli futbolçulardı. Mövsüm bitdikdən sonra 5-6 futbolçuyla yollarını ayırıblar. Onların yerinə kimlərin gəldiyini bilmirəm və konkret danışa bilmərəm. Amma qalanlar da hər halda komandanın özəyidi. Müdafiə xəttində iki milli üzvü oynayır. Pis olmayan orta xətti var. Heyətində daha çox təhlükəli olan hansısa futbolçunu qeyd edə bilmərəm. Aparıcı lideri yoxdu. Komandanın gücü elə komanda oyunu sərgiləməsindədi. Komandanın aşkar zəif nöqtəsi də yoxdu. Asanlıqla səhvə yol vermirlər. Buraxılan qollar da daha çox rəqibin həddən artıq yaxşı oyunu sayəsində mümkün olurdu.

- “Olimpik”i hansısa klubumuzla eyniləşdirmək mümkündü?
- Düzü, bu il Belarus komandalarının oyunlarını çox az görmüşəm. İstənilən halda “Olimpik” topu özündə daha çox saxlamağa, əks-hücumlara üstünlük verən komandadı. Hər hücumunu qapıya zərbə ilə bitirmək istəyir. Komanda çempionatımızın ilk beşliyində yer ala bilər.
 
- Komandanın oyunlarına çox azarkeş gəlir?
- Xeyr. İcarə əsasında oynadığımız arenaya 150-200 nəfər gələrdi. Yeni stadiondakı oyunlara isə 1000-1500 azarkeş toplaşırdı. Amma ora cəmi 5 min azarkeş tutumuna malikdi.
 
- Kimə azarkeşlik edəcəksiz?
- Gözəl futbola azarkeşlik edəcəm. Amma əlbəttə ki, istərdim, Belarus komandası növbəti mərhələyə adlasın. Çünki bu, reytinq xalımızın artmasına gətirib çıxaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.