21 iyun 2011 14:02
XL Avstriya toplanışına start verdi
"Xəzər Lənkəran" Azərbaycanı tərk edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasında İsrail təmsilçisi "Maccabi" (Təl-Əviv) ilə qarşılaşacaq Lənkəran klubu dünən təlim-məşq toplanışı keçmək üçün Avstriyaya yollanıb.
"Xəzər Lənkəran" Avstriyada Fulpmes şəhərciyinin "Stubaierhof" otelində məskunlaşıb. İki həftə davam edəcək toplanış müddətində baş məşqçi Mirça Rednik bir sıra futbolçuları sınaqdan keçirəcək. Bundan başqa birbaşa müqavilə bağlayacaq futbolçular da Avstriyada klubun düşərgəsinə qoşulacaq.
