21 iyun 2011 14:11
UEFA Xəzər Lənkəran - Maccabi matçının da yerini dəyişə bilər
"Makkabi" (Təl-Əviv) - "Xəzər Lənkəran" oyununun da keçirilmə yeri dəyişdirilə bilər. Azerisport.az xəbər verir ki, İsrail təmsilçisi bununla bağlı UEFA-ya müraciət edib.
Buna səbəb isə stadion problemidi. Belə ki, "Makkabi" və "Bnei Yehuda" ev oyunlarını Təl-Əvivdəki "Blumfild" stadionunda keçirəcək. Püşkün nəticəsinə əsasən isə hər iki komanda iyulun 21-dəki cavab oyununu evdə keçirməlidi. Bunu nəzərə alan "Makkabi" rəhbərliyi UEFA-ya müraciət edərək, bu anlaşılmazlığı aradan qaldırmağı xahiş edib.
Hələlik, UEFA-nın hansı qərarı verəcəyi bilinməsə də, mümkündü ki, "Xəzər Lənkəran" ilk oyununu evdə yox, İsraildə keçirsin.
Xatırladaq ki, AZAL da Belarus “Minsk”i ilə ilk matçını səfərdə keçirməliydi. Lakin beynəlxalq futbol qurumu yarışın qaydalarını əsas götürərək, həm “Qarabağ”ın, həm də AZAL-ın eyni üstünlükdən (hər iki cavab matçını doğma azarkeşlər qarşısında keçirmək) yararlanmasına imkan vermədi və “təyyarəçilər”in cavab matçının səfərdə olmasına qərar verdi. "Xəzər Lənkəran" isə püşkə əsasən ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirməlidi.
