21 iyun 2011 14:32
Qarabağ - Banga matçının başlama saatı müəyyənləşdi
"Qarabağ"ın Avropa Liqasının birinci təsnifat mərhələsində Litvanın "Banga" klubu ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi məlumat verib.
Belə ki, iyulun 7-də baş tutacaq sözügedən qarşılaşma saat 21.00-da başlayacaq. Stadion və "Qarabağ" rəhbərlikləri arasında danışıqlar nəticəsində məhz belə qərar qəbul olunub ki, oyun sərin hava şəraitində keçirilsin.
Qeyd edək ki, iyunun 30-da Litvada keçiriləcək qarşılaşmanın konkret hansı şəhərdə və stadionda oynanılacağı hələ məlum deyil.
