21 iyun 2011 15:00
Cavadov Klyuvertlə məşq etdi (FOTOLAR)
Hollandiyaya qayıdan millimizin hücumçusu Vaqif Cavadov "Twente"də hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü dünən komandanın məşqində iştirak edib. Ko Adrianse komandaya yeni baş məşqçi təyin olunsa da, o, işinin icrasına gələn həftədən başlayacaq. Hələlik isə "Twente" köməkçi-məşqçi Yuri Malder və əvəzedicilərdən ibarət komandanın baş məşqçisi Patrik Kluyvertin başçılığı altında məşq edir.
