21 iyun 2011 14:56
Olimpik baş məşqçisini qovdu
Fransa çempionatının aparıcı klublarından olan Lion “Olympique”i baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanın çalışdırıcısı Klod Pyueli vəzifəsindən uzaqlaşdırıb.
Yeddi dəfə ardıcıl Fransa çempionluğunu bayram edən, lakin Pyuelin rəhbərliyi altındakı 3 illik dönəmdə bir dəfə də bu uğuru təkrarlaya bilməyən “Olympique”in rəhbərliyinin səbr kasası daşıb. Onlar məhz bu yay sözügedən mütəxəssislə yola davam etməyin mənasız olduğunu anlayıblar.
Qeyd edək ki, fransalı mütəxəssisin müqaviləsinin bitməsinə hələ 1 il qalırdı. Lakin klub rəhbərliyi Pyuellə müqaviləni birtərəfli qaydada pozduğuna görə, 4 milyon avro təzminat ödəməsinə rəğmən, bu qərarı qəbul edib.
Pyuelin yerinə sabiq “Arsenal”lı və “Olympique”li Remi Qardın gəlməsi gözlənilir
