21 iyun 2011 15:28
Vitali Tarakanov Nazim Süleymanova mesaj göndərdi
AZAL-ın Avropa Liqasının birinci mərhələsindəki rəqibi olan Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov azerisport.az saytına müsahibəsində komandamızı və öz şanslarını dəyərləndirib.
- Püşkatmanın nəticəsini necə qarşıladınız?
- Reaksiyam normaldı. Daha güclü və daha zəif rəqiblərlə də düşə bilərdik. Bütövlükdə, narazı olduğumu deyə bilmərəm.
- Komandanızı cütün favoriti hesab edirsiz?
- Hər şeyə cavab matçından sonra aydınlıq gələcək. Məhz onda bu cütün favoritinin kim olduğunu hamı biləcək. Hələliksə, şansların 50-nin 50-yə olduğunu düşünürəm.
- AZAL haqqında nə informasiya toplaya bilmisiz?
- Bax bu məsələ elə mənim özümü də az narahat etmir. Çox çətin məsələdi. Məsələn, AZAL-ın keçmiş oyunçusu olmuş Gennadi Bliznyukla danışmışıq. Hər halda onun bildiyi nələrsə var.
- Hazırda Belarus çempionatının qızğın dövrüdü. Bu, komandanıza əlavə üstünlük verir?
- Əlbəttə, nə qədər oyun təcrübəsi çox olsa, bir o qədər yaxşıdı. Amma düşünmürəm ki, bu fakt bizim üçün elə də böyük üstünlük yaratsın.
- Bəs ilk oyunun Bakıda keçirilməsi?
- Bu, komandaların qarşısına qoyulan vəzifəni qətiyyən dəyişmir. Mənə Bakı klubunun necə futbol oynadığından danışmaq çətindi. Əlbəttə, səfər oyununda qol vurmaq çox əla olardı. Amma öz qapın haqda da düşünməlisən.

- Siz AZAL-ı kimin çalışdırdığını bilirsiz?
- Bəli, Nazim Süleymanov çox güclü oyunçu olub. Onun “Spartak-Alaniya”da necə oynadığını yaxşı xatırlayıram. Əgər elə də məşqçi olsa, o zaman böyük gələcəyi var. Amma istənilən halda biz onu məyus etməyə çalışacağıq.