21 iyun 2011 16:12
XL Avstriyada tam heyətlə hazırlaşa bilmir
Avstriyanın İnsbruk şəhəri yaxınlığında Folpmes şəhərciyində yerləşən 4 ulduzlu “Ştubayerhof” otelində qalan “Xəzər Lənkəran” bugün UEFA Avropa Liqasının təsnifat mərhələsinin hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, ilk məşq bu gün yerli vaxtla saat 11:00-da başlayıb.
Qeyd edək ki, komanda məşqlərini sutka boyu tam sərəncamında olan stadionda keçirir. Hələlik məşqlərdə hazırki heyətdən Kamran Ağayev, Elnur Abdullayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Katalin Doman və Andrey Mureşan iştirak edirlər.
Bundan əlavə hazırlıqlarda bir sıra yeni futbolçular da iştirak edir. Bu oyunçularla komandaya keçid barədə danışıqlar artıq yekun mərhələsindədi. Komandanın digər futbolçuları isə düşərgəyə qarşıdakı bir neçə gün ərzində qoşulacaqlar.
