21 iyun 2011 16:34
Dmitri Kruqlov millimizin rəqibinə qarşı
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqibi Türkiyə özünə növbəti sınaqçı-rəqib tapıb. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular” Estoniya ilə qarşılaşacaq.
Sözügedən sınaq matçı avqustun 10-da baş tutacaq. Hansı ki, həmin qarşılaşmada ölkəmizdə top qovan futbolçulardan Dmitri Kruqlovun da iştirakı mümkündü. Axı “İnter”in müdafiəçisi ölkəsinin yığmasının əsas üzvlərindən hesab olunur.
Qeyd edək ki, Türkiyə və Azərbaycan yığmalarının bu seçmə tsikldəki bir oyunu qalıb ki, o da oktyabrın 11-də İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
