21 iyun 2011 17:12
Neftçi`nin rəqibi üçün sınaq matçı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"nin rəqibi olacaq Xorvatiyanın "Dinamo" klubu yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, Zaqreb təmsilçisi, iyunun 23-də Pleterniçi şəhərinin "Slavia" klubu ilə sınaq matçında gücünü yoxlayacaq. Oyun yerli vaxtla saat 18:00-da başlayacaq.
