21 iyun 2011 17:37
AZAL Belarusa casus göndərir
İyunun 25-də futbol üzrə Belarus çempionatında 15-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan təmsilçisi AZAL-a rəqib olan bu ölkənin klublarından “Minsk” həmin gün səfərdə “Torpedo” ilə qarşılaşacaq.
“Təyyarəçilər” qitə miqyaslı turnirə daha yaxşı hazırlaşmaq və rəqibi yaxından tanımaq üçün həmin matça öz “casus”unu yollamağa hazırlaşır. Hələlik, həmin şəxsin konkret kim olacağı bilinmir. Amma mümkündü ki, həmin qarşılaşmanı elə paytaxt klubunun çalışdırıcısı Nazim Süleymanov özü izləsin. Bu alınmayacağı halda isə, o, köməkçilərindən birini Belarusa göndərəcək.
