21 iyun 2011 17:43
Avropa Liqasının qalibi baş məşqçisiz qaldı
Portuqaliyanın "Porto" klubunun baş məşqçisi Andre Villaş-Boaş istefa verib. Azerisport.az xəbər verir ki, 33 yaşlı mütəxəssis 2010-cu ildən çalışdırdığı klubdan bu gün ayrılıb.
Boaş müqaviləsi bitmədən tərk etdiyi kluba 15 milyon avro təzminat ödəyəcək. Son vaxtlar adı İngiltərə nəhəngi "Chelsea" ilə yanaşı çəkilən mütəxəsisin Roman Abramoviçlə görüşdüyü iddia olunur.
Portuqaliya Milli Xəbər Agentliyinin xəbərinə görə, 33 yaşlı məşqçi klub rəhbərliyinə göndərdiyi faksla istefa verdiyini bildirib. "Porto" rəhbərliyi isə Boaşın 15 milyon avro ödəyəcəyi halda sərbəst qalacağını bildirib.
Qeyd edək ki, Villaş-Boaş "Chelsea"də Joze Mourinyonun köməkçisi olub. O, bu mövsüm "Porto"nu ölkə çempionatında, kubokda və Avropa Liqasında çempionluğa daşımışdı.
