21 iyun 2011 18:44
Türkiyə klubundan millimizin üzvünə 2 illik müqavilə təklifi
Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Amit Quluzadə kayerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, yenidən qardaş ölkədən təklif alıb.
Belə ki, “Erciyespor” klubu Quluzadəyə iki illik konkret müqavilə təklifi ünvanlayıb. Lakin hələlik futbolçu türklərin bu təklifini cavablandırmağa tələsmir.
Maraq üçün qeyd edək ki, Quluzadə ötən qış da Türkiyənin “Fenerbahçe” klubundan təklif almışdı. Lakin o vaxt “sarı-lacıvərdlilər” Amiti ikinci komandaya götürmək istədiyindən, millimizin üzvü “Neftçi”yə qayıtmışdı. “Erciyespor”a gəlincə, bu komanda da Bank Asya birinci liqada çıxış edir və bunun Amitin qərarına nə dərəcədə təsir edəcəyini zaman göstərəcək.
