21 iyun 2011 20:04
Azərbaycandan qovulan məşqçi Tailand yığmasında
"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şafer özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubundan qovulan alman çalışdırıcı Tailand yığmasını çalışdıracaq.
Şafer artıq Tailand Futbol Federasiyası ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən o, üç il yığmanı çalışdıracaq.
Qeyd edək ki, məşqçi karyerası ərzində “Borussia” (Münhenqladbax), “Karlsruher”, “Stuttgart”, “Tennis Borussia Berlin”, “Al-Ahli”, “Al-Ain” klublarını və Kamerun millisini çalışdıran 61 yaşlı mütəxəssis ötən ilin yayında "Bakı"nın baş məşqçisi təyin olunmuşdu. O, qışda uğursuz nəticələr səbəbindən istefaya göndərildi.
