21 iyun 2011 11:15
Yığmamız Almaniya klubu ilə qarşılaşacaq
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 22-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız “Kickers Offenbach” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
