21 iyun 2011 11:04

UEFA Minsk - AZAL oyununun yerini dəyişdirdi

UEFA Avropa Liqasındakı təmsilçilərimizdən AZAL-ın “Minsk”lə oyunu ilə bağlı dəyişikliyə əl atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun Belarus təmsilçisiylə matçlarının keçirilmə yerini dəyişdirib.
 
Belə ki, püşkə əsasən Nazim Süleymanovun komandası ilk matçını səfərdə keçirməliydi. Lakin qitə futbol qurumunun saytı bu gün ilk oyunun Bakıda keçiriləcəyini göstərib. Hələlik bunun texniki səhv, yaxud UEFA-nın həyata keçirdiyi dəyişiklik olduğunu demək çətindi. Hər halda bu məsələyə tezliklə aydınlıq gələcək.
 
Sadəcə, onu vurğulayaq ki, UEFA adətən komandalarımızın ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini nəzərə alaraq, belə qərarlar qəbul edirdi. Bu il isə AZAL-ın öz stadionu olduğundan, “Qarabağ”la oyunları fərqli arenalarda keçirməsi mümkündü. Odu ki, UEFA-nın belə qərarı anlaşılmazdı.
 
Maraq üçün qeyd edək ki, AZAL-ın “Minsk”lə ilk dueli iyunun 30-da baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.