21 iyun 2011 22:00
Azərbaycan Özbəkistan ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)
Daşkənd şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Özbəkistanın U-19 yığması olub.
Qarşılaşma 3:1 hesabı ilə Özbəkistan yığmasının xeyrinə başa çatıb. Komandamızın heyətində Ruslan Tağızadə fərqlənib.
