22 iyun 2011 00:01
Stamenkoviç debüt etdi, Arif Əsədov razı qaldı
Azərbaycan çempionu “Neftçi” Türkiyədə keçirilən təlim-məşq toplanışında "Metallurq"u (Zaporejets, Ukrayna) 3:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, oyundan sonra flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına fikirlərini bildirib:
"Oyun çox maraqlı keçdi. Bu görüşdə heyətdəki bütün 22 futbolçuya şans verdim. Cavan futbolçularımızdan Elvin Yunusov və Kərim Diniyev ukraynalılara qarşı forma geyindi. Birinci hissədə qapını Saşa Stamenkoviç, ikinci hissədə isə Rauf Mehdiyev qorudu. Hər iki qapıçının çıxışı məni razı saldı. Ümumiyyətlə, oyundan razı qaldım".
