22 iyun 2011 00:03
Millimizin baş məşqçisi: Rəqib bizdən yaxşı oynadı
Daşkənd şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Özbəkistan komandaları arasında keçirilmiş yoldaşlıq oyunu barədə yığmamızın baş məşqçisi Vəli Qasımov maçtla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Rəqib bizdən yaxşı oynadı. Özbəkistanda çempionatın birinci dövrəsi yeni başa çatıb. Buna görə də, futbolçuların fiziki hazırlığı daha yaxşı səviyyədədi. Fasilədən sonra birinci hissəyə nisbətən zəif oynadıq. Rəqib də bundan istifadə edib 2 qol vurdu. Çalışacağıq ki, ikinci qarşılaşmada daha yaxşı oyun nümayiş etdirək”.
