21 iyun 2011 00:16
Cavadov Twente`nin heyətində məşqlərə başladı
“Qarabağ”ın və “Bakı”nın sabiq oyunçusu, millimizin hücumçusu Vaqif Cavadov Hollandiyanın “Twente” klubunun düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, artiq bir neçə gündü köhnə komandasənın düşərgəsində olan həmyerlimiz Enshede klubu ilə məşqlərinə də start verib.
Lakin onun gələcək taleyi hələ də qaranlıqdı. Ola bilər ki, yeni gələcək baş məşqçi onu bəyənib, heyətdə saxlasın. Amma eyni zamanda Cavadovun karyerasını icarə əsasında digər Hollandiya və ya Azərbaycan klubunda davam etdirməsi də mümkündü. Baxmayaraq ki, hazırda ölkəmizdə onun xidmətində maraqlı olan belə bir klub yoxdu.
