21 iyun 2011 00:23
“Maccabi Xəzər Lənkəran`ı asanlıqla keçəcək”
İsrail mətbuatı Avropa Liqasının birinci və ikinci tənsifat mərhələsinin püşkatmasının nəticələrini analiz edib. Azerisport.az xəbər verir ki, bu mənada təbii ki, onlar təmsilçiləri “Maccabi” (Təl-Əviv) klubuna rəqib olan Azərbaycan “Xəzər Lənkəran”ına xüsusi diqqət ayırıblar.
İsrail mətbuatı Mirça Rednikin komandasını özləri üçün kifayət qədər normal rəqib hesab edir. Onların qənaətinə görə, Təl-Əviv təmsilçisi “Xəzər Lənkəran”ı asanlıqla keçə biləcək.
