21 iyun 2011 00:32
“Dinamo Neftçi`ni keçməsə, postumdan gedəcəm”
Xorvatiyanın “Dinamo” klubunun idman direktoru Zdravko Mamiç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu “Neftçi” ilə mübarizədə problemlə qarşılaşacaqlarını düşünmür. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun nümayəndəsi Xorvatiya mətbuatına açıqlamasında kifayət qədər iddialı açıqlama ilə çıxış edib:
“Mən ümid edirəm ki, “Xəzər Lənkəran”la oyunlarda olduğu kimi, “Neftçi” ilə mübarizədə də problemlə üzləşməyəcəyik. Onlar Emil Mpenzanı alıblar? Onda belə çıxır ki, biz mümkün rəqiblərdən ən pisi ilə düşmüşük. Amma istənilən halda əgər biz bu rəqibə uduzsaq, öz postumdan getməyə hazıram”.