21 iyun 2011 12:33
Millimiz Qazaxıstanı Lənkəranda qəbul edəcək
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki növbəti rəqiblərindən olan Qazaxıstanla qarşılaşmanın keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən matç Lənkəranda oynanılacaq.
Qeyd edək ki, millimizin seçmə mərhələdəki oyunlarından bir və ya bir neçəsini Lənkəranda keçirəcəyi çoxdan bəlliydi. Nəhayət, AFFA rəhbərliyi qərarını verib və mütləq qələbə qazanmalı olduğumuz bu görüşün Lənkəran şəhər stadionunda oynanılması qərara alınıb. Görünür, Astanadakı məğlubiyyətin qisasını almağa hazırlaşan AFFA bu yolda lənkəranlı çılğın fanatların da xidmətindən yararlanmaq istəyir.
Azərbaycan – Qazaxıstan matçı sentyabrın 6-da keçiriləcək. Qarşılaşmanın başlama saatı isə hələ dəqiqləşməyib.
