21 iyun 2011 00:41
Sammir: Biz Neftçi`dən daha güclüyük
Xorvatiyanın “Dinamo” klubunun yarımmüdafiəçisi Sammir UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu “Neftçi”nin dəyərləndirib. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçusu təmsilçimizin heyətində Rodriqinyo ilə dost olduğunu xüsusi vurğulayıb:
“Neftçi”nin heyətində Rodriqinyo ilə tanışam. Təbii ki, artıq onun elektron ünvanına məktub da yazmışam. Onlar haqda nə deyə bilərəm? Əgər “Neftçi” çempion olubsa, deməli, güclü komandadı. Onlarda futbolu çoxlu investisiyalar qoyulur, inkişaf edirlər. Amma əminəm ki, biz daha güclüyük”.