21 iyun 2011 00:57
Qəbələ Rangers`in yetirməsini alır (FOTO)
“Qəbələ” şotlandiyalı qapıçı alır. Azerisport.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatına açıqlamasında bu ölkədən olan qapıçı Qrem Smit özü məlumat verib.
O, bildirib ki, hazırda Azərbaycan klubundan aldığı təklifi dəyərləndirməklə məşğuldu: “Futbol daim inkişaf edir. O, hər gün dəyişir. Mümkündü ki, yeni təkliflər də olsun. Amma hazırda ən real təklif Azərbaycandandı. Toni Adamsın komandasına getməyim mümkündü”.
Qeyd edək ki, son klubu “Hibernian” olan Smit hazırda işsizdi və azad agent statusuna malikdi. 1983-cü ildə anadan olan futbolçu “”Rangers”in yetirməsi olsa da, bu komandada demək olar ki, oyun keçirməyib. Əvəzində müxtəlif dövrlərdə “Ross County”, “Motherwell”, “Brighton & Hove Albion” kimi klublarda çıxış edib. Toni Adams bu qapıçını İngiltərədə keçiriləcək komandasının təlim-məşq toplanışında sınamaq niyyətindədi.
