22 iyun 2011 01:03
Maccabi XL-la oyun öncəsi heyətini gücləndirir
İsrailin “Maccabi” (Təl-Əviv) klubu iki yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, təl-əvivlilər yarımmüdafiəçi Rafi Daan və hücumçu Dia Saba ilə heyətində güc qatıb.
Qeyd edək ki, “Maccabi” Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran”ın rəqibidi.
