22 iyun 2011 01:18
Neftçi Dinamo`nu baş məşqçisiz qoya bilər
UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiya “Dinamo”su baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Zaqreb təmsilçisinin çalışdırıcısı Krunoslav Yurçiçin qarşısına yüksək hədəflər qoyub.
Bu üzdən də onlar “Neftçi”ni keçə bilməmələri halında sözügedən mütəxəssisə qapını göstərəcəklər. Bir sözlə, Arif Əsədov rəqib həmkarına qalib gəlməklə yanaşı, həm də onu işsiz qoya bilər.
“Ağ-qaralar”ın buna nə dərəcədə nail olacağını isə zaman göstərəcək. Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsində baş tutacaq “Neftçi” – “Dinamo” dueli iyulun 13-də və 19-da baş tutacaq.
