22 iyun 2011 01:37
Starkov: Zaqreb Dinamo`sunun bizə qarşı hansı heyətlə oynayacağını bilmirik
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov komandasının yeni mövsüm öncəsi transfer siyasətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Hazırda bir sıra futbolçularla danışıqlar aparırıq. Onların arasında həm əcnəbilər, həm də azərbaycanlılar var. Düzdü, hələlik ad çəkə bilməyəcəm. Çünki onların heç biriylə rəsmi müqavilə imzalanmayıb. Hər halda gəlin rəsmi anlaşmanı gözləyək. Sloveniyadakı sınaqçı-rəqiblərə gəlincə, onları yalnız oyunlardan sonra dəyərləndirmək olar. Məsələn, bilmirik Zaqreb “Dinamo”su bizə qarşı hansı heyətlə mübarizə aparacaq”.

Qeyd edək ki, Zaqreb “Dinamo”su (Xorvatiya) UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın digər təmsilçisi – “Neftçi”nin rəqibidi. “Zolaqlılar” isə xorvatlarla yanaşı Sloveniya “Domzale”si və Türkiyə “Orduspor”u ilə də qarşılaşacaqlar.