22 iyun 2011 13:42
“Məhz bu amili özümüz üçün müəyyən üstünlük sayıram”
AZAL-ın qapıçısı Cahangir Həsənzadə azerisport.az saytına müsahibəsində Avropa Liqasının birinci mərhələsində onlara rəqib olan Belarus “Minsk”indən, eləcə də şanslarından danışıb.
- Rəqib haqda nə öyrənə bilmisiz?
- Hələlik, mən bu komanda haqda ətraflı məlumata malik deyiləm. Bildiyim qədərilə Avropa Liqasının debütantıdırlar. Hər halda onlarla bizim oyunumuzun nə dərəcədə alınacağını indidən demək çətindi.
- AZAL artıq bir dəfə avrokuboklarda çıxış etsə də, “Minsk” ümumiyyətlə ilk dəfə beynəlxalq arenaya çıxır. Bu, sizə kömək edə bilər?
- Mən deməzdim ki, bizim avrokubok təcrübəmiz var. Biz bu turnirdə elə də çox oyun keçirməmişik. Özü də indiki komanda ilə 2008-ci ildəki komanda arasında böyük fərq var. İndi siz heyətdə uzaqbaşı 1-2 elə futbolçu taparsız ki, həmin komandada yer alırdı.

- Sizcə, rəqib sizinlə eyni səviyyədədi?
- Bəli. Mən hər iki komandanın bərabər gücə sahib olduğunu düşünürəm. Amma biz öz oyunumuzu göstərə bilsək, növbəti mərhələyə vəsiqə qazana bilərik.
- Bəli. Mən hər iki komandanın bərabər gücə sahib olduğunu düşünürəm. Amma biz öz oyunumuzu göstərə bilsək, növbəti mərhələyə vəsiqə qazana bilərik.
- Ümumiyyətlə, komandanızın şansını necə dəyərləndirərdiz?
- Elə şanslar da demək olar ki, tam bərabərdi.
- Elə şanslar da demək olar ki, tam bərabərdi.
- Hazırkı heyəti “Minsk”i keçmək üçün yetərli sayırsızmı?
- Düzdü, bir-iki yeni futbolçunu nəzərə almasaq, heyətdə elə də ciddi dəyişikliklər etməmişik. Demək olar ki, ötən mövsüm bizimlə olan futbolçuların hamısı komandada qalıb. Və mən məhz bu amili özümüz üçün müəyyən qədər üstünlük hesab edirəm. Xüsusilə də anlaşma baxımından. Amma gələn və gələcək yeni futbolçuların da komandaya uyğunlaşması baxımından ciddi problemlərinin olmayacağını düşünürəm.
- Elvin Əliyevin gedişi müdafiə xəttinizi zəiflətməyəcək ki?
- Əlbəttə, bu, müəyyən qədər sözünü deyəcək. Elvin komanda üçün az iş görmədi və Avroliqaya vəsiqə qazanmağımızda da onun xidmətləri böyükdü. Amma bu, futboldu, hər mövsüm kimsə gəlir, digəri gedir. Amma əminəm ki, məşqçilər korpusu Avroliqa ərəfəsində onun yoxluğunu hiss etdirməmək üçün əllərindən gələni edəcəklər.

- İkinci təsnifat mərhələsinə yüksələcəyiniz halda Türkiyənin “Gaziantepspor” klubuyla qarşılaşmaq hüququ qazanacaqsız...
- Bəli, bundan xəbərim var. Əlbəttə, bu rəqib daha ciddi olacaq. Amma hələlik onlardan danışmaq düzgün olmazdı. Bizi hələ “Minsk”lə iki oyun gözləyir. Biz ilk növbədə bu oyunlarda qələbə qazanmalıyıq ki, “Gaziantepspor”la da qarşılaşa bilək.
- AZAL-dan bu avrokuboklarda nə gözləyək?
- Bu, futboldu. Burda öncədən nəticə haqda danışmaq bir qədər çətindi. Biz başlanğıc üçün birinci mərhələni keçməliyik. Yalnız bundan sonra yeni planlardan danışmaq olar.