22 iyun 2011 13:50
Neftçi Qleblə bağlı xəbərlərə nöqtə qoydu
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov İspaniyanın “Barcelona” klubuna məxsus belaruslu futbolçu Aleksandr Qlebi transfer edəcəklərinə dair informasiyaları təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Biz belaruslu futbolçu ilə heç bir danışıq aparmamışıq. Onu heç bizə təklif də etməyiblər. Biz ümumiyyətlə Qlebin komandamıza gəlişində maraqlı olmamışıq və çətin ki, o, bizim komandada oynasın”.
“Biz belaruslu futbolçu ilə heç bir danışıq aparmamışıq. Onu heç bizə təklif də etməyiblər. Biz ümumiyyətlə Qlebin komandamıza gəlişində maraqlı olmamışıq və çətin ki, o, bizim komandada oynasın”.
