22 iyun 2011 14:10
AZAL-Minsk matçının başlama vaxtı bəlli oldu
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində çıxış edəcək Azərbaycan təmsilçisi AZAL-ın Belarus “Minsk”i ilə ilk oyununun keçirilmə vaxtı və başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bakıda baş tutacaq ilk qarşılaşma iyunun 30-da keçiriləcək.
Həmin görüş komandamızın Şüvəlandakı stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək. Bir həftə sonra Belarusda baş tutacaq cavab matçının keçirilmə yeri, eləcə də başlama vaxtı isə hələlik dəqiqləşməyib.
