22 iyun 2011 14:22
Bakı İnter`i Schalke`yə rəqib oldu
"İnter"in 10 yaşlı futbolçulardan ibarət komandası Almaniyada beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, dünən Rövşən Babayevin yetirmələri turniröncəsi yoldaşlıq matçında qüvvələrini sınayıblar.
"Sportclub Verl" klubunun komandasıyla qarşılaşmada "İnter" 2:3 hesabıyla məğlub olub. Bakı klubunun heyətində Təbriz İsazadə və Seyhan Fərəcov fərqlənib.
Bu gün "İnter" növbəti yoldaşlıq matçını keçirəcək. Rəqib Almaniyanın "Schalke" klubunun müvafiq yaş qrupu üzrə komandası olacaq.
