22 iyun 2011 14:38

“Bu layihələrin Azərbaycan futbolunda xüsusi rolu var”

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Coca-Cola Bottlers Ltd arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib:
 
“Son dövrlərdə Azərbaycan futbolunun inkişafı məqsədilə görülən işlər, bu istiqamətdə əldə olunan konkret nəticələr, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi, infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədi. Sevindirici haldı ki, futbolun inkişafı məqsədilə görülən işlər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin diqqətini cəlb edir və onlar da bu prosesin iştirakçısı ola bilmək üçün AFFA ilə əməkdaşlıq edirlər. Bu gün AFFA ilə Coca-Cola Bottlers Ltd arasında bağlanan müqavilənin Azərbaycan futbolunun inkişafına dəyərli töhfələrini verəcəyinə ümid edirəm. Əməkdaşlığımızın U-13 Liqası və Məktəbli kuboku layihələrini əhatə etməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki uşaq futbolunun inkişafı və kütləviliyin təmin olunması baxımından bu layihələrin ölkə futbolunda xüsusi rolu var”.
 
Sonra U-13 Liqasının və Məktəbli kubokunun 2010-2011-ci il mövsümünün oyunlarından hazırlanmış videoçarx nümayiş olunub. Ardınca Coca-Cola-nın baş meneceri Lisani Atasayançıxış edib: “Mən bu gün “Coca-Cola Company” və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında tərədaşlıq münasibətlərini möhkəmləndirən U-13 liqasına və Coca-Cola Məktəbli Kubokuna dəstək haqqında sazişı xoşbəxtlik və iftixar hissi ilə imzalayıram. Biz Azərbaycan futbolunun tərkib hissəsi olmaqla gələcək Azərbaycan və dünya futbol ulduzlarının yetişdirilməsi işində çalışmağımızdan məmnunuq. Bu tərəfdaşlıq həm Bakıda, həm də yerlərdə yeniyetmə futbolunun inkişafına yardım göstərəcək. Sağlam həyat tərzinə dəstək – daim Coca-Cola şirkətinin prioritetləri sırasındadır. Biz Azərbaycanın idman hərəkatının tərəqqisinin tərkib hissəsi olmağımızdan məmnunluq duyuruq. Bu tərəfdaşlıq ittifaqının işlənib hazırlanmasında iştirak edənlərin hamısına minnətdarlığımı bildirirəm və gələcək müvəffəqiyyətlərə inanıram”.
 
Sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Coca-Cola-nın baş meneceri Lisani Atasayan müqaviləni imzalayıblar. E.Məmmədov Azərbaycan milli komandasının futbolkasını Coca-Cola şirkətinə hədiyyə verib. Öz növbəsində, L.Atasayan təmsil etdiyi şirkətin xatirə hədiyyəsini AFFA-ya təqdim edib.
 
Tədbirin sonunda brifinq təşkil olunub. Coca-Cola-nın baş meneceri Lisani Atasayan və AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
 
Qeyd edək ki, 5 illik müddəti əhatə edən müqavilə çərçivəsində AFFA və Coca-Cola şirkəti iki layihə üzrə – «U-13 Coca-Cola Liqa» və «Coca-Cola Məktəbli kuboku» – əməkdaşlıq edəcək. Müqavilə müddəti ərzində Coca-Cola Bottlers Ltd tərəfindən AFFA-ya nəzərdə tutulan layihələr üçün 1 milyon 75 min ABŞ dolları məbləğində vəsait köçürüləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.