22 iyun 2011 15:30

İnter Kruqlovla da yollarını ayırdı

"İnter" daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, "bankirlər" Dmitri Kruqlovla da vidalaşıb.
 
Klubun yaydığı rəsmi açıqlamaya görə, eston futbolçunun müqaviləsi başa çatıb və onunla yeni anlaşma imzalamamaq qərarına gəlinib. "İnter" rəhbərliyi Kruqlova karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, 27 yaşlı Kruqlov karyerasına 2008-ci ildə "Neftçi"yə icarəyə verilib (10 oyun, 2 qol). "Neftçi" 2008-ci ildə eston futbolçunu transfer edib və o, 2010-cu ilin yayına qədər paytaxt klubunda oynayıb (53 oyun, 3 qol). 2010-un yayından indiyədək "İnter"də çıxış edən Kruqlov 25 oyunda meydana çıxaraq 2 qola imza atıb. Estoniya yığmasında 58 oyun keçirən futbolçu 1 qol vurub.
 
"İnter"in bundan əvvəl David Odikadze, Kaxaber Mjavanadze, Filip Despatovski, Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Nizami Hacıyev, Jivko Jelev, Mario Souza, Bronislav Çervenka, Danildo Assioli, Rövşən Əmiraslanov və Aleksandr Çertoqanovla yollarını ayırdığını da qeyd edək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.