22 iyun 2011 15:41
Mersin İdman Yurdu, Terek və Metallurg Azərbaycan klubuna rəqib oldu
Sabah - iyunun 23-dən iyulun 11-nə qədər Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq "İnter" 3 yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bank klubunun rəqiblərinin adı artıq bəllidi.
Kaxaber Tsxadadzenin komandası ilk matçını iyunun 29-da keçirəcək və dünən "Neftçi"nin 3:0 hesabı ilə yendiyi Ukraynanın "Metallurg" (Zaporoje) klubu ilə qarşılaqacaq. İyulun 6-da Türkiyə Super Liqasına yenicə vəsiqə qazanmış "Mersin İdman Yurdu" ilə qarşılaşacaq "İnter" 3 gün sonra Rusiyanın "Terek" klubunu sınağa çəkəcək.
