22 iyun 2011 16:00
Chelsea`nin yeni baş məşqçisi nəhayət ki, bəlli oldu
İngiltərənin “Chelsea” klubunun yeni baş məşqçisinin adı nəhayət ki, dəqiqləşib. Azerisport.az xəbər verir ki, Karlo Ançelottinin gedişindən bəri bütün dünya mediası az qala Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Quus Hiddinki bu komandanın sükanı arxasına gətirsə də, “zadəganlar”ı bundan sonra portuqaliyalı Andre Villaş-Boaşın çalışdıracağı dəqiqləşib.
Qeyd edək ki, bu mütəxəssin də adı son vaxtlar İngiltərə nəhəngi ilə birgə çəkilməkdəydi. Məhz bu aradan dünən o Avropa Liqasının son mövsümündə çempionluğa qovuşdurduğu “Porto”dan istefa verməklə “Chelsea”yə gedəcəyinə dair şayiələrin doğru olduğunu təsdiqləmiş oldu. Bu gün isə “Chelsea”nin rəsmi saytı bu mütəxəssislə 3 illik rəsmi müqavilə imzaladıqlarını açıqladı.
Bununla da Hiddinkin AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasından ayrılmayacağı dəqiqləşib. Villaş-Boaşın “Porto”da boşalan postuna isə Vitor Pereyra gətirilib.
