22 iyun 2011 16:33
Qarabağ - Banga oyunu ukraynalı hakimə tapşırıldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” və Litvanın “Banga” klubları arasındakı cavab matçının hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bakıdakı qarşılaşmanı Ukrayna Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.
UEFA-nın rəsmi saytının açıqlamasına görə, həmin görüşü Yuri Mojarovskinin rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək. Lakin onun köməkçilərinin kimliyi göstərilməyib.
Qeyd edək ki, “Qarabağ” – “Banga” görüşü iyulun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında iyunun 30-da keçiriləcək Litvadakı ilk görüşü idarə edəcək hakimlər isə hələlik bəlli deyil.
