22 iyun 2011 18:12
Dinamo`nun məşqçisi: Neftçi arzuladığımız rəqib deyildi
Xorvatiyanın “Dinamo” klubunun fiziki hazırlıq üzrə məşqçisi Zvonko Komes UEFA Çempionlar Liqasında onların rəqibi olan Azərbaycan çempionu “Neftçi”ni və şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Xorvatiya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Neftçi” bizim mübarizə aparmağı arzuladığımız rəqib deyildi. Amma istənilən halda biz ancaq uğurlu nəticəyə ümid bəsləyirik. Bizim əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Birinci alınmasa, ən azı Avropa Liqasının qruplarında yer almaq istərdik. Hər halda bizim məlum vəzifəmiz var və rəqibimizin kimliyindən asılı olmayaraq, ona nail olmağa çalışacağıq”.