22 iyun 2011 18:26
Premyer Liqanın debütantından növbəti transfer
Son mövsümdə birinci diviziondakı uğurlu çıxışı sayəsində Premyer Liqaya vəsiqə qazanan “Rəvan” elita hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən “Muğan”ın sabiq baş məşqçisi Bəhmən Həsənovla müqavilə bağlayan paytaxt klubu artıq oyunçu transferlərini də rəsmiləşdirməyə başlayıb.
Bu mənada öncə “Xəzər Lənkəran”dan Tural Cəlilovu icarə əsasında heyətinə qatan “Rəvan” Tagim Novruzovun da keçidini həll edib. Ötən mövsüm elə Həsənovun rəhbərliyi altında Salyan klubunda çıxış edən bu yarımmüdafiəçinin karyerasını Rusiyada davam etdirəcəyi haqda şayiələr dolaşsa da, Tagim məhz “Rəvan”a, sabiq çalışdırıcısının yanına getməyə qərar verib. Onunla paytaxt klubu arasında bir illik müqavilə imzalanıb.
