22 iyun 2011 18:48

Olimpik`in yeni baş məşqçisi müəyyənləşdi

Fransa çempionatının aparıcı klublarından olan Lion “Olympique”i özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi elə dünən vəzifəsindən uzaqlaşdırdığı Klod Pyuelə əvəzləyici axtarmaq üçün çox vaxt itirməyib.
 
Belə ki, son üç ildə uğur üzünə həsrət qalan Lion klubunu bundan sonra Remi Qard çalışdıracaq. Artıq klubun rəsmi saytı da bu məlumatı rəsmən təsdiqləyib və yeni baş məşqçi ictimaiyyətə təqdim olunub.
 
Qeyd edək ki, Pyuelin yerinə gələn bu gənc mütəxəssis sabiq “Arsenal”lı və “Olympique”li futbolçudu. O, baş məşqçi postuna kimi elə məhz Lion klubunun futbol akademiyasına rəhbərlik edirdi.
 
Maraq üçün xatırladaq ki, yeddi dəfə ardıcıl Fransa çempionluğunu bayram edən, lakin Pyuelin rəhbərliyi altındakı 3 illik dönəmdə bir dəfə də bu uğuru təkrarlaya bilməyən “Olympique” rəhbərliyi çıxış yolunu məhz baş məşqçi dəyişikliyində gördü. Baxmayaraq ki, fransalı mütəxəssisin müqaviləsinin bitməsinə hələ 1 il qalırdı. Lakin klub rəhbərliyi Pyuellə müqaviləni birtərəfli qaydada pozduğuna görə, 4 milyon avro təzminat ödəməyi də gözə alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.