22 iyun 2011 19:34
AÇ-nin 1/4 finalında Azərbaycan - Rusiya dueli
İstanbulda təşkil olunmuş tələbələr arasında IX Avropa çempionatında Azərbaycan komandası bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Kipr komandası ilə qarşılaşan təmsilçimiz Mikayıl Rəhimov və Əli Bağırovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
Beləliklə, tələbələrdən ibarət komandamız Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə təmsilçimizin rəqibi rusiyalı tələbələr olacaq. Azərbaycan – Rusiya oyunu iyunun 24-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
