22 iyun 2011 11:28
Motti İvanir: İki gün sonra XL haqda hər cür informasiyam olacaq
İsrailin “Maccabi” (Təl-Əviv) klubunun baş məşqçisi Motti İvanir azerisport.az saytına müsahbəsində Avropa Liqasının ikinci təsnifat mərhələsində onlara rəqib olan Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran”ı və şansları dəyərləndirib.
- Püşkün nəticəsini necə qəbul etdiniz?
- Mənə deyəndə ki, “Xəzər Lənkəran”la qarşılaşacağıq, mən heç nə haqda düşünmədim. Məndə sizin komanda haqda sadəcə informasiya yoxdu. Bircə onu bilirəm ki, iki il öncə bizim “Bnei Yehuda” Azərbaycan klublarından birinə qarşı oynamışdı (“Simurq”a - red.). Həmçinin onu da bilirəm ki, Azərbaycan futboluna çoxlu investisiyalar yatırılır. “Xəzər Lənkəran”ın heç də az olmayan legionerləri var. Yəqin ki, güclü komandadı.
- Ötən mövsüm onlar ikinci yeri tutublar və kuboku qazanıblar...
- Bu haqda xəbərim var, internetdən öyrəndim. Amma elə də çox informasiyam yoxdu. Gözləyirəm ki, köməkçilərim mənə nə gətirəcəklər. İki gün sonra rəqib haqda hər cür informasiyam olacaq. Çox istərdim ki, onların iş başında görüm. “Xəzər Lənkəran”ın son oyunlarının videoyazısını tapmağa çalışırıq.
- İlk oyunun Lənkəranda keçirilməsi sizə əlavə üstünlük verirmi?
- Birinci oyunu harda oynamağımız mənim üçün elə də vacib deyil. Əsas nəticədi. Biz hər iki oyunda qələbə qazanmaq istəyirik. Əminəm ki, komandanız evdə səfərdəkindən daha yaxşı oynayır. Axı Şərqi Avropada ev komandaları daha çox olur. Ona da əminəm ki, lənkəranlıların əla legionerləri var. Bu da təəccüblü deyil. Əcnəbilər Azərbaycan idmanının hər növündə var. Çünki orda tək futbola yox, bütövlükdə idmana çoxlu pullar xərclənir.

- Komandaların şanslarını necə dəyərləndirirsiz?
- Əllinin əlliyə. Amma ilk oyundan sonra bu münasibət dəyişə də bilər.
- “Maccabi”nin Avropa Liqasındakı əsas məqsədi nədi?
- “Maccabi” qrup mərhələsinə qalmaq istəyir. Bu üzdən də “Xəzər Lənkəran”ı mütləq keçməyə borcluyuq.
- “Xəzər Lənkəran” da qarşısına eyni vəzifəni qoyub...
- Çox yaxşı. Onda deməli iki bərabər komanda oynamış olacaq.