22 iyun 2011 11:36
Bakı yeni transferləri təqdim etdi (FOTO)
“Bakı” futbol klubunu heyəti gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq ilk yeni transferlərini ictimaiyyətə təqdim edib.
Belə ki, "Bakı" futbol klubu milli komandamızın üzvu Elvin Məmmədovla 1, 21 yaşlılardan ibarət milli komandamızın üzvü Novruz Məmmədovla isə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən mövsümü "Qarabağ"da keçirmiş Elvin Məmmədov Azərbaycan A milli komandasının, "Muğan"da çıxış etmiş Novruz Məmmədov isə U-21 milli komandasının şərəfini qoruyur. Yeni komandasında Elvin 9 nömrəli, Novruz isə 21 nömrəli formada çıxış edəcək.
