23 iyun 2011 00:03
Sadıqovun komandası 3 xalı 3 qolla qazandı
Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” klubu hesabat turunu qələbə ilə başa vurub.
Mahaçqala təmsilçisi səfərdə ortabablardan hesab olunan “Krılya Sovetov”un qonağı olub. Qarşılaşma həmyerlimizin komandası üçün yaxşı başlayıb. Belə ki, artıq 7-ci dəqiqədə Kamil Ağalarov qonaqları hesabda önə keçirib. 18-ci dəqiqədə Mahaç Hacıyev mahaçqalalıların ikinci qoluna imza atıb. 63-cü dəqiqədə isə Anqbva görüşdə son nöqtəni qoyub – 0:3.
Bu nəticədən sonra “Anji” Premyer Liqanın turnir cədvəlində 1 pillə irəliləyərək 5-ci yerə çıxıb. Sadıqovun komandasını lider CSKA, “Rubin” və “Zenit” qabaqlayır.
| 1 | CSKA Moscow | 14 | 9 | 4 | 1 | 29 | - | 10 | 31 |
| 2 | Zenit Petersburg | 15 | 8 | 5 | 2 | 26 | - | 12 | 29 |
| 3 | Rubin Kazan | 15 | 7 | 6 | 2 | 23 | - | 11 | 27 |
| 4 | Anzhi Makhachkala | 15 | 7 | 5 | 3 | 15 | - | 11 | 26 |
| 4 | Dinamo Moscow | 15 | 7 | 5 | 3 | 21 | - | 17 | 26 |
| 6 | Lok. Moscow | 15 | 6 | 4 | 5 | 23 | - | 18 | 22 |
| 7 | Kuban Krasnodar | 14 | 6 | 3 | 5 | 15 | - | 13 | 21 |
| 8 | Spartak Moscow | 15 | 6 | 3 | 6 | 14 | - | 17 | 21 |
| 9 | FC Krasnodar | 14 | 5 | 5 | 4 | 16 | - | 17 | 20 |
| 10 | Amkar | 15 | 5 | 4 | 6 | 12 | - | 17 | 19 |
| 11 | Terek Grozny | 14 | 4 | 3 | 7 | 11 | - | 17 | 15 |
| 12 | Tomsk | 15 | 3 | 7 | 5 | 15 | - | 23 | 16 |
| 13 | Volga Nyzhnyi | 14 | 4 | 1 | 9 | 14 | - | 17 | 13 |
| 14 | FK Rostov | 15 | 3 | 4 | 8 | 17 | - | 25 | 13 |
| 15 | Krylya Sovetov Samara | 15 | 2 | 5 | 8 | 8 | - | 22 | 11 |
| 16 | Spartak Nalchik | 15 | 1 | 6 | 8 | 11 | - | 22 | 9 |
