22 iyun 2011 11:41
Rəvan XL-ın üzvünü icarəyə götürdü
Premyer Liqanın debütantı - paytaxtın "Rəvan" klubu Tural Cəlilovla anlaşıb. Azerisport.az xəbər verir ki, klubdan verilən məlumata əsasən, ötən mövsüm "Xəzər Lənkəran" klubunun şərəfini qorumuş 25 yaşlı yarımmüdafiəçi növbəti 1 ili icarə əsasında "Rəvan" klubunda çıxış edəcək.
Qeyd edək ki, vaxtilə “Simurq”da parlayan bu futbolçu cənub təmsilçisində ümidləri doğrulda bilmədi və ehtiyatda qaldı. Dünən Bəhmən Həsənovu sükanı arxasına gətirən “Rəvan” isə ilk olaraq məhz bu yarımmüdafiəçini heyətinə qatmaqla sıralarını genişləndirməyə qərar verib.
