22 iyun 2011 12:00
Muğan bir ucdan dağılır
Salyanın "Muğan" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, artıq Pərvin Paşayevin də növbəti mövsümdə Salyan klubunda çıxış etməyəcəyi dəqiqləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Rövşən Abdullayevin verdiyi məlumata görə, 23 yaşlı futbolçuya azad agent statusu verilib. Azərbaycan milli komandasının müxtəlif yaş qruplarında çıxış etmiş futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi, hələ ki, dəqiqləşməyib. Lakin gözləniləndi ki, o, dünən komandanın baş məşqçisi postundan istefa verərək elitaya yenicə çıxan “Rəvan”la anlaşmış Bəhmən Həsənovun yanına getsin.
Qeyd edək ki, hazırda həm də baş məşqçisiz qalan “Muğan”dan Paşayevə kimi Amil Ağacanov (AZAL), Elşən Məmmədov (AZAL), Zaur Əsədov (Kəpəz) və Novruz Məmmədov (Bakı) ayrılmışdı. Lakin başqa gedənlərin olması da istisna deyil.
