22 iyun 2011 00:33
Neftçi`nin Aleksandr Qleb sevdası
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının startı ərəfəsində heyətinə ulduz futbolçu qatmaqda maraqlıdı. Azerisport.az xəbər verir ki, paytaxt klubu İngiltərənin “Arsenal” və İspaniyanın “Barcelona” klublarının şərəfini qorumuş yarımmüdafiəçi Aleksandr Qlebi heyətinə qatmağın mümkünlüyünü nəzərdən keçirir.
Qeyd edək ki, hazırda Qleb hələ də Kataloniya klubuna məxsusdu. Buna baxmayaraq o, son iki mövsümü Almaniyanın “Stuttgart” və İngiltərənin “Birmingam City” klublarında icarə əsasında keçirib.
Elə “Neftçi” də belaruslu ulduzun xidmətindən icarə əsasında yararlanmaq istəyir. Çünki onun “Barcelona” ilə müqaviləsinin müddəti 2012 –ci ilin yayında bitəcək.
