22 iyun 2011 13:25
Minsk`in kapitanı: Olimpik keçmiş AZAL deyilmi?
Avropa Liqasında AZAL-ın rəqibi olan Belarusun “Minsk” klubunun kapitanı Andrey Razin püşkün nəticəsini və onlara rəqib olan Azərbaycan təmsilçisi AZAL-ı dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Olimpik” keçmiş AZAL deyilmi? (Xatırladaq ki, UEFA Avroliqada AZAL klubuna sponsorunun adıyla çıxışa icazə vermədiyindən komandamız köhnə - “Olimpik Şüvəlan” adıyla tanınır – red.) Bilirəm ki, bu komanda sonuncu Azərbaycan çempionatında dördüncü yeri tutub. Düzü, çox uzağa səfər etmək istəməzdik. Özü də Bakıda hava çox isti olacaq. Bizə yaxın olan Baltikyanı ölkələrdən biriylə düşmək istərdik. Amma Azərbaycana getmək də pis deyil”.
Razinin fikrincə, “Minsk” AZAL-ı keçmək iqtidarındadı: “Bakının gözəl şəhər olduğunu bilirəm. Amma orada biz gözəllik haqda fikirləşməyəcəyik. Avrokuboklarda yalnız qələbə gözləyirik. “Olimpik”i mütləq keçməliyik. “Gaziantepspor”la oyunlar isə ağır olacaq”.
