23 iyun 2011 13:06
Neftçi`nin planları dəyişdi
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin hazırlıq planlarında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” Zaqreb komandasıyla mübarizə aparacaq təmsilçimizin Avstriya toplanışı 4 gün gec start götürəcək.
Qeyd edək ki, ilk hazırlıq prosesini Türkiyənin İsparta şəhərində keçirən və dünən Bakıya qayıdan komanda üzvləri hazırda istirahətdədilər. “Ağ-qaralar”ın bu qısamüddətli istirahəti iyunun 26-dək bitməli və paytaxt klubu həmin gün Avstriyaya növbəti təlim-məşq toplanışına yollanmalı idi. Lakin bu planlar dəyişib və komandamızın Vyanaya iyunun 30-da yollanması qərara alınıb. Qeyd edək ki, Arif Əsədovun yetirmələri Vyana toplanışı zamanı mini-turnirdə də çıxış edəcək.
