23 iyun 2011 01:14
Yurçiç Dinamo`nun əsas problemini açıqladı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Krunoslav Yurçiç komandasının əsas problemini açıqlayıb. Azerisport.az xəbər verir ki, Arif Əsədovun rəqib həmkarı açıqlamasında bunları dilə gətirib:
“Komandamızın oyunçularının çoxu gənclərdi və elə də böyük təcrübələri yoxdu. Amma onlar öz üzərlərində işləməyi çox istəyirlər və inkişaf edirlər. Bu inkişafda bir qədər yaşlı oyunçularımızın – Leko, Kufre kimi futbolçularımızın da əməyi var. Onların sayəsində yenilərə heç adaptasiya da lazım gəlmir. Bu isə bizim şanslarımızı daha da yaxşılaşdırır”.
